Banklar kredit faizlərindən 729 milyon manat gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 729 milyon manat gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin birinci rübündə müştərilərə verilmiş kreditlərdən 729.1 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 118.7 milyon manat və ya 19.4% çoxdur.

Həmçinin oxu: Ən çox istehlak kreditini hansı banklar verib? – Siyahı

Banklar 2023-cü ilin yanvar-mart aylarında 610.4 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 135.2 milyon manat (16.3%) artaraq 962.6 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram