Banklar kredit faizlərindən 3,5 mlrd. manatdan çox gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 3,5 mlrd. manatdan çox gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-noyabr aylarında müştərilərə verilmiş kreditlərdən 3 milyard 585.1 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 777.4 milyon manat və ya 27,7% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 807.7 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

11 ayda (yanvar-noyabr ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 955.6 milyon manat (26,6%) artaraq 4 milyard 554.2 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram