Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-avqust aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 544 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 496 milyon manat və ya 24,2% çoxdur.
Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 48.8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
İlk 8 ayda (yanvar-avqust ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 589.2 milyon manat (22,2%) artaraq 3 milyard 237 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!