Banklar saytlarını hansı şirkətlərə etibar edir? | Banco.az

Banklar saytlarını hansı şirkətlərə etibar edir?

Saytlar – şirkətin simasıdır desək yanılmarıq. Hər hansı bir qurumun ciddiyyəti və öz işinə necə yanaşması həmin qurumun elə saytından da hiss etmək olar. Son dövrlərdə müştərilərin internet fəallığının yüksəlməsi və onların və bir çox məlumatları məhz bankların saytından alması, artıq saytların əhəmiyyətini artırır.

İstər bankların, istər də requlyatorların rəsmi veb səhifələri həm məzmunlu, həm fnksional, həm gözoxşayan olmalıdır ki, vətəndaşları axtardığı informasiyanı rahat tapsın. Saytdan istifadə ona çətinlik törətməsin. Həmçinin verilən informasiyanın dolğunluğu və həqiqətə uyğunluğu da əsas şərtdir.

Bəs, banklarımız saytın dizaynı kimi vacib bir işi hansı dizayn studiolarına həvalə edirlər?. Banco.az bu suala cavab vermək üçün kiçik bir araşdırma həyata keçirmişdir.

Ölkənin əsas requlyatoru  -  Mərkəzi Bankın saytı AZERİN şirkəti tərəfindən hazırlanıb.  Maraqlıdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da öz yeni saytını məhz bu şirkətə - AZERİN LLC-yə həvalə edib.

Bakı Fond Birjasının və İcbari Sığorta bürosunun saytı isə SAFAROFF Studio tərəfindən hazırlanıb.

Kommersiya banklarımıza gəldikdə isə, araşdırma göstərir ki, banklarımızın korporativ saytları üçün ən çox müraciət etdikləri ünvan Jeyhun İmanov Studiodur.

Hazırda Bank Silk Way, AG Bank, XalqBank, Kapital Bank və Bank of Bakunun yenilənmiş veb-saytları məhz bu dizayn şirkətinin məhsullarıdır.

Həmçinin Bank of Baku-nun Bolkart taksit kartının və Kapital Bankın 1Kart məhsulunun saytları JİS tərəfindən hazırlanıb. Bolkart üçün İpad və İphone üçün  tətbiqləri də bu studiyada hazırlanıb.

Bundan əlavə Unibank, Amrahbank, RabitəBank və Bank Respublikanın korporativ saytları da JİS-də hazırlanıb.  Amma düşünürəm ki, onların da yenilənmə vaxtı çoxdan çatıb.

Bank VTB –nin saytı Articul Media tərəfindən, Turan Bankın korporativ saytı isə Creative Shamans şirkəti tərəfindən hazırlanıb. 

Albalı saytının bundan öncəki versiyası Totem, Albalı Plus-un yeni versiyası isə GoCreative tərəfindən hazırlanıb.

Paşa Bank-ın saytı Media Design şirkəti tərəfindən yığılıb.

DəmirBankın yeni saytı Trade Mark tərəindən hazırlanıb. 

Safaroff isə AccessBank, ExpressBank və Bank Avrasiyanın saytlarını hazırlayıb.

Azər Türk Bank, Gunay Bank, Nikoil Bank və MuğanBankın yeni saytları dizayner İlham Kazımov tərəfindən hazırlanıb. bu göstərir ki, ən son yenilənən saytlar ona müraciət edir. 

AtaBankın saytı Yelload şirkəti tərəfindən hazırlanıb, həmçinin bankın öz İT mütəxəssisi də dizayn üzərində işləyib. Həmçinin AtaCard layihəsinin websaytı da Yellowad tərəfindən hazılanıb.

Bank BTB-nin saytının dizayn təminatı isə Rahimoff studiyası tərəfindən hazırlanıb. Qeyd edək ki, dizayn şirkətlərinin sayı hətta araşdırmada rast gəldiyimizdən də daha çoxdur.  

Siz Şirkətlərin loqosu üzərinə klik etməklə onların fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün saytlara baş çəkə bilərsiniz. 

 

Banklar

Dizayn şirkəti

Sayt

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

   

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

     

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq

Baxmaq
Baxmaq

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova, Banco.az