Banklar həftəsonu işləyəcək! | Banco.az

Banklar həftəsonu işləyəcək!

Həftəsonu məzənnə dəyişikliyi ilə əlaqədar olaraq bir çox bankların əvvəlki rejimdə işləyəcəyi söylənilir.

21-22 fevral (şənbə və bazar günlərində) adi iş rejimində (09:30 - 17:00)  çalışacağı ilə bağlı ilk xəbər Azərbaycan Beynəlxalq Bankından gəlmişdir.

Daha sonra Expressbank və Yapıkredi Bank Azərbaycan və digərləri də həftəsonu çalışacağını bildirib.

"21 və 22 fevral tarixlərində (şənbə və bazar günləri) Expressbank-ın bütün filiallarında iş günüdür. Qeyd edək ki, bu tarixlərdə yalnız bank əməliyyatları (pul köçürmələri, valyuta mübadiləsi, ödəmələr və s.) həyata keçiriləcək".

Ən sərfəli kredit üçün müraciət et

Banco.az-a daxil olan məlumata əsasən, Mərkəzi Bankdan bununla bağlı bütün banklara xüsusi tapşırıq verilib. Banklar şənbə və bazar günü əhaliyə kassa əməliyyatları üzrə xidmətlər göstərməyə davam edəcəkdir. 

Bütün əməliyyatlar üzrə olmasa belə, kassa şöbələri mütləq çalışmalıdır.

Məqsəd isə məzənnə dəyişikliyi ilə əlaqədar olaraq yarancaq ajiotajın qarşısını almaqdır.