Son zamanlar gündəmdə olan əsas məsələlərdən biri də manatın məzənəsinin kəskin dəyişməsidir. Bu dəyişilmə bankların fəaliyyətində də təsirsiz ötüşməyib. Beləliklə, hər iki valyuta ilə kredit verən banklar bir müddətdən sonra manatla kredit verilməsini dayandırmışdılar.
Məzənnə dəyişikliyi kredit götürənlərə, xüsusilə, təsir etmişdi. Yeni kredit götürmək istəyənlər hansı valyuta ilə kredit götürməyin tərəddüdündəykən, bankların hansı valyuta ilə kredit verəcəkləri sual qarşısında qalıblar. Müştərilərin suallarına cavab tapmaq məqsədilə Banco.az portalı olaraq bu məsələ ilə bağlı bir neçə bankla əlaqə yaratdıq.
Araşdırma nəticəsində bankların birində Mərkəzi Bankdan bu məsələ ilə bağlı xüsusi təlimat verildiyi və manatla kredit verilməsini bir müddət dayandırıldığını bildirildi. Lakin digər banklarda bu təkzib olunaraq məsələyə belə aydınlıq gətirildi ki, Mərkəzi Bankda yaranan Manat qıtlığı bu informasiyanın yayılmasına səbəb olmuşdu. Ona görə də bir neçə bank bu gündən manatla kredit verilməsini dayandırmışdır.
İndi isə Sizə bankların hansı valyuta ilə kredit verdiklərini təqdim edirik.
|