Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin oktyabr ayının 1-nə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər sentyabr ayının əvvəli ilə müqayisədə 54.7 milyon manat (13.8%) artaraq 449.9 milyon manata çatıb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 125.5 milyon manat (38.7%) çoxdur.
2022-ci ilin ilk 9 ayında banklar 324.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Qeyd edək ki, hesabat ayları ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 628.7 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!