Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar-avqust aylarında cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər ötən ayın əvvəli ilə müqayisədə 53.8 milyon manat (15,7%) artaraq 395.2 milyon manata çatıb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 110.6 milyon manat (38.9%) çoxdur.
2022-ci ilin ilk 8 ayında banklar 284.6 milyon manatlıq depozit faizləri ödəyiblər.
Qeyd edək ki, hesabat ayları ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 553.7 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!