Banklar əhaliyə 357 mln. manat depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 357 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin aprel ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 357.1 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin aprelin 1-i ilə müqayisədə 58.2 milyon manat (19.5%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında banklar 298.9 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 495.4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram