Banklar əhaliyə 341 milyon manatdan çox depozit faizləri ödəyiblər | Banco.az

Banklar əhaliyə 341 milyon manatdan çox depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən banklar bu ilin yanvar-iyul aylarında cəlb etdikləri depozitlər üzrə 341.4 milyon manatlıq faiz ödəyiblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 52.9 milyon manat (18,3%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 96.4 milyon manat (39.3%) çoxdur.

Ötən ilin ilk 7 ayında banklar 245 milyon manatlıq depozit faizləri ödəyiblər.

Qeyd edək ki, hesabat ayları ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 478.3 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram