Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 iyun tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 332.7 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 94.9 milyon manat (39.9%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin yanvar-may aylarında banklar 237.8 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 450.7 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!