Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin aprel ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 298.9 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 107.5 milyon manat (56.2%) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 191.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 399 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!