Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 may tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 260.9 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 70.4 milyon manat (36.9%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin yanvar-aprel aylarında banklar 190.5 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 352.4 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!