Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin fevral ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 117.7 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin fevralın 1-i ilə müqayisədə 16.9 milyon manat (16.8%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında banklar 100.8 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat ayı ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 165.7 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram