Banklar əhaliyə 1,1 milyard manatdan çox depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 1,1 milyard manatdan çox depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin dekabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 1 milyard 164.2 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 350.8 milyon manat (43.1%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 813.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 676.2 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram