Dolların rəsmi məzənnəsinin qalxması ilə bağlı olaraq, banklar da alış və satış kursunu qaldırırlar. Günün birinci yarısında 1 dolları 1,68 manata cəmi bir bank alırdısa (Nikoil Bank) günün ikinci yarısında onların sayı 3-ə çatıb.
Banco.az ın məlumatına görə, “Marja” xəbər verir ki, “Bank of Baku” və “Amrahbank”da 1 dolları 1,68 manatdan almağa başlayıblar. Bu banklar günün birinci yarısında 1 dolları müvafiq olaraq 1,6700 və 1,6780 manata alırdılar.
“Paşa Bank” isə alış qiymətini 1,6420 manatdan 1,66 manata qaldırıb. Bankların günün ikinci yarısı alış qiymətini qaldırması bu gün USD/AZN rəsmi məzənnəsinin qalxa biləcəyinə işarədir.
Qeyd edək ki, Mərkəzi Bank 22 avqust 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1,6204 manat səviyyəsində elan edib.