Banklar dolları rəsmi məzənnədən aşağı qiymətə satırlar | Banco.az

Banklar dolları rəsmi məzənnədən aşağı qiymətə satırlar

İndiyədək çoxları Mərkəzi Bankın rəsmi məzənnəsi ilə Dollar almağın mümkün olmadığından şikayət edirdi.

Bu gün Mərkəzi Bankın 1.7301 səviyyəsində elan etdiyi rəsmi məzənnədən aşağı qiymətə də Dollar almaq mümükündür.

Məsələn, bu gün “Azərpoçt”, Bank “BTB” ,“Bank Respublika”, “Nikoyl Bank”, "Bank VTB Azərbaycan" Dolları 1.73 manata satırlar. Bu qiymət, cüzi də olsa rəsmi məzənnədən aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bir çoxları, bankların Dolları Mərkəzi Bankın rəsmi məzənnəsindən aşağı qiymətə satmalarını, Dolların daha da ucuzlaşacağına işarə olduğunu bildirirlər. Mərkəzi Bankda növbəti hərracın Fevralın 14-də baş tutacağı gözlənilir. Dolların daha da aşağı düşməsini Mərkəzi Bankın müdaxiləsi dayandıra bilər. 

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et