Banklar dolları bahalaşdırdı | Banco.az

Banklar dolları bahalaşdırdı

Mərkəzi Bankın marjanın ləğvi ilə bağlı qərarından sonra kommersiya bankları xarici valyuta satışında aktivləşiblər. Bu gün banklarda ABŞ dollarının satış qiymətləri "qara bazar"dakı məzənnədən də yüksəkdir.  

Belə ki, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslər bu gün səhər saatlarından dolları 1.8600 manata satırlar. Banklar isə bu məzənnə 1.8700-1.8800 arasında dəyişir. Bununla banklar daha çox gəlir əldə etməyə çalışırlar. Çünki son azmanlarda demək olar ki, digər gəlir mənbələrindən məhrum olublar. Marjanın ləğvi bankların itkilərini əvəzləmələrinə imkan verib.

Araşdırmamız göstərdi ki, bu banklar dolları daha baha satır:

Ən sərfəli kredit üçün müraciət et

"Accessbank" - 1.8840 

"Amrahbank" - 1.8700

"Atabank" -1.8700

"Kapital Bank" -1.8720

"NBC Bank" -1.8800

"Yapı Kredi Bank" -1.8939

©Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et