Banklar dollar almaqdan imtina edir | Banco.az

Banklar dollar almaqdan imtina edir

Azərbaycanda hazırda banklar dollar almaqdan imtina edir. 

Bu haqda məlumatı “Yeni Müsavat” yayıb. 

Qəzet bunun manatın hər gün bir az da möhkəmlənməsi ilə izah edib. 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qəzetə bildirib ki, bunun səbəbi bazarda manat qıtlığının olmasıdır: 

Ən sərfəli kredit üçün müraciət et

“Manatın məzənnəsinin müəyyən qədər qorunub saxlanılması üçün Mərkəzi Bank tərəfindən həyata keçirilən bir siyasətdir. 

Ancaq mən dəfələrlə demişəm ki, bu metod uzunmüddətli effekt verə bilməz. Ola bilər ki, iki-üç ay müddətinə effekt versin, ancaq sonradan vəziyyət dəyişəcək”.

Mənbə: Oxu.az