“Banklar cashback sevincini müştərilərə əbədi yaşatmağa borclu deyil” | Banco.az

“Banklar cashback sevincini müştərilərə əbədi yaşatmağa borclu deyil”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Gündəlik alış-verişimizdə bizə geri qayıdan  kəşbək (cashback) əvvəlcə şəxsi hesaba qeydə alınır və sifariş məhsulu əldə edildikdən sonra, vəsait aktivləşir və nağdlaşdırmaq olar.

Bu proses internet alış-verişin bir hissəsi sayılır. Çünki sifarişi ləğv və ya imtina etmək mümkün olarsa müştəriyə kəşbək ödənilmir. Son zamanlar bankların kəşbək faizlərini azaltmaq məsələsi ətrafında ciddi fikir ayrılıqları yaranıb. 

Banco.az xəbər verir ki, bu barədə ekspert Eldəniz Əmirov danışıb.

Onun fikirlərinə görə, müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər. 

“Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə  müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur.   Bank sektorunda isə müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də “Cashback” siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da “Cashback” sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil.  Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik “tələ mükafatları”na yox, daha strateji məqamlara yönəltmək lazımdır”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et