Azərbaycanda banklar cari ilin oktyabr ayı üzrə kredit portfelini artırıb.
Banco.az xəbər verir ki, bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19,470.8 mln. manat səviyyəsində müəyyənləşib. Burada biznes kreditlərinin payı 56% yəni 10,912.6 mln. manat təşkil edib.
Ümumilikdə, cari ilin 10 ayı ərzində bankların kredit portfelində 16.9% və ya 2,811.7 mln. manat artım qeydə alınıb. Biznes portfelinin 10.3%-i və ya 1,120.1 mln. manatı isə dövlət fondları hesabına verilmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!