Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin cüzi azaldığını qeyd edir.
2023-cü il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2021-ci ilin yekunları üzrə 14,33%-ə qarşı 14,13% təşkil edib.
2022-ci il dekabrın sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 4,85% təşkil edib, 2021-ci ilin sonuna bu göstərici 4,8%-ə bərabər olub.
Bununla yanaşı, 2023-cü il yanvar ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,99% (2021-ci ilin sonuna 9,98%), xarici valyutada 4,78% (4,71%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,04% (16,44%), xarici valyutada 5,26% (5,45%) təşkil edib.
2022-ci il dekabrın sonuna milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,6% (2021-ci ilin sonuna 8,59%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,41% (1,48%) təşkil edib.
2023-cü il yanvarın 1-nə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,12% (5,32%), xarici valyutada 0,91% (0,99%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,28% (9,12%), xarici valyutada 1,79% (1,81%) təşkil edib.
İnterfaks-Azərbaycan
Bizi sosial şəbəkələrdən izləyin!!