Bugünkü valyuta hərracında 96,5 mln. dollar cəlb edilib | Banco.az

Bugünkü valyuta hərracında 96,5 mln. dollar cəlb edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 96,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 noyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 1,1% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram