Banklar bugünkü valyuta hərracında 65 mln. dollar cəlb edib | Banco.az

Banklar bugünkü valyuta hərracında 65 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 64,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 5,4% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram