Banklar bugünkü valyuta hərracında 44 mln. dollar cəlb edib | Banco.az

Banklar bugünkü valyuta hərracında 44 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 44,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 may 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 98,7% artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram