Banklar bu gün valyuta hərracında 40,6 milyon dollar cəlb edib | Banco.az

Banklar bu gün valyuta hərracında 40,6 milyon dollar cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $40,6 milyon satıb.

Mayın 5-də keçirilən hərracda banklara $30,8 milyon məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb $40,6 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən  bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram