Banklar borcalanın kredit tarixçəsi barədə məlumatı necə əldə edirlər? | Banco.az

Banklar borcalanın kredit tarixçəsi barədə məlumatı necə əldə edirlər?

Bank sirri anlayışı müştəri haqqında məlumatların bir kredit təşkilatından digərinə birbaşa ötürülməsini qadağan edir. Yalnız borcalanın yazılı razılığı olduğu təqdirdə məlumatların ötürülməsinə icazə verilr.

Bu səbəbdən də banklar müştərinin kredit tarixçəsinə dair məlumat əldə etmək və borcalanın öz öhdəliklərini nə dərəcədə düzgün yerinə yetirdiyini öyrənmək məqsədilə müxtəlif üsullardan istifadə edirlər. Belə ki, bu zaman banklar kredit tarixçələri bürosu ilə əməkdaşlıq edir və ya borcalanın özündən arayış tələb edirlər.

Hüquqi şəxslər və fərdi sahibkarlar kredit üçün müraciət edən zaman borca (olduğu təqdirdə), açıq hesablar üzrə hesablaşmalara və kredit tarixçəsinə dair arayışlar təqdim etməlidirlər. Bundan əlavə, təhlükəsizlik xidmətinin qeyri-rəsmi əməkdaşları digər kredit təşkilatları ilə əlaqə saxlamaqla, kredit borcunu vaxtlı-vaxtında ödəməyən insanlar haqqında məlumat əldə edə bilərlər.

Əgər borcgötürən şəxsin öz kredit tarixçəsi barədə məlumatı yoxdursa, o zaman həmin şəxs kredit tarixçələri bürosuna müraciət edə və ya kreditin tam şəkildə ödənildiyinə və heç bir borc öhdəliyinin olmadığına dair arayış almaq üçün banka üz tuta bilər.

Ən sərfəli kredit üçün müraciət et

Əgər borcalanın şəxsi kredit tarixçəsi korlanıbsa, yəni sözügedən şəxs mənfi kredit tarixçəsinə malikdirsə, o zaman kiçik məbləğdə kredit götürüb, onu zamanında, heç bir gecikmə olmadan ödəməklə öz kredit tarixçəsini müsbətə doğru dəyişə bilər. Bununla yanaşı, borcalan vaxtı keçmiş kreditini yenidən maliyyələşdirməklə (yeni borc vasitəsilə köhnə borcun ödənilməsi) də adını müsbət kredit tarixçəsinə malik borcgötürənlər siyahısına yazdıra bilər. Bankların əksəriyyəti öz müştərilərinə borcların məhz bu formada, yəni, yenidən maliyyələşdirmə üsulu ilə ödənilməsi üzrə xidmətlər təklif etmirlər. Bu səbəbdən də, bu üsulu seçən borcalanlar yeni kredit borclarını digər banklarda rəsmiləşdirmək məcburiyyətində qalırlar. 

Məlumat üçün qeyd edək ki, bankın kredit verməkdən imtina etməsinin yeganə səbəbi müştərinin mənfi kredit tarixçəsinə malik olması deyil.

Belə ki, bank hətta müsbət kredit tarixçəsinə malik müştərininin kredit tələbinə rədd cavabı verə bilər. Nəzərinizə çatdıraq ki, başqa banklarda müxtəlif kreditlərin olması borcalanın ödəmə qabiliyyətinə təsir edir. Bundan əlavə, borclanın banka özü haqqında yalnış məlumat təqdim etməsi, şəxsin məhkumluğunun olması, onun yaşı, peşəsi və qeydiyyatda olduğu ünvan da bankın kredit verməkdən imtina etməsinin səbəbləri sırasına daxil edilər bilər.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et