Banklar Assosiasiyası online təlim keçirəcək | Banco.az

Banklar Assosiasiyası online təlim keçirəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu “ABTC” kiçik və orta biznes subyektlərinin və iri şirkətlərin sahibləri və menecerlərinə “Böhran Şəraitində Biznesin İdarə Edilməsi” mövzusunda ONLİNE təlim keçirəcək.

Bu barədə ABA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, təlim ödənişsiz təqdim olunur. Təlim canlı olaraq “Skype” platforması üzərindən keçiriləcək.

Təlimi ABTC-nin ekspert təlimçisi Aydın Hüseynov aparacaq.

Təlim aprelin 7-də saat 12.00 – da “Skype” platformasında “ABTC online trainings” istifadəçi adı ilə canlı tədris olunacaq.

Qeyd edək ki, “Skype” üzərindən qoşulma sayının məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçmək təklif olunur.

Təlimə qoşulmaq üçün link: https://join.skype.com/gBCOFCGiTNDC

Report