Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları bu ilin yanvar-noyabr aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 807 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 471 milyon manat və ya 20,2% çoxdur.
Banklar 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyard 336 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən 11 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 421 milyon manat (13,3%) artaraq 3 milyard 598 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!