Bankirlər haqqında "məzəli" sitatlar | Banco.az

Bankirlər haqqında "məzəli" sitatlar

Dünyanın müxtəlif hissələrində insanlar bankirlər haqqında nə düşünür?

Əmin olun ki, bankda kredit götürmək həmişə çətin olub. Sizin üçün bankirlər ilə bağlı seçmə məsəl və sitatları topladıq, onlar sizə Avropa, Amerika və Rusiyada bank işinin iç üzünü açmağa kömək edəcək.

Avropalılar bank və bankirlər haqda

— Bank faizi nə istirahət bilir, nə ibadət. O, həm gecələr işləyir, həm bazar günləri, hətta yağış yağanda belə. (Corc Bernard Şou, irlandiyalı dramturq)

— Mənə de, sənin bankın kimdir, deyim necə adamsan. (Edvard, Yikel, polşa publisisti)

—  Mərkəzi bank - bu elə bir bankdır ki, hökumət onun vasitəsi ilə özəl bankların işinə müdaxilə edə bilir və onlardan fərqli olaraq, MB özünə lazım olan qədər pul çap edə bilir. (Karl Qeppert, alman filoloqu)

— Bir şair deyib ki, “İlk kral xoşbəxt döyüşçü olub!”.  Bizim hazırki maliyyə sistemimizə gəldikdə isə, bunu ifadəli şəkildə ən yaxşı halda belə demək olar. İlk bankir xoşbəxt fırıldaqçı olub (Henrix Qeyne, alman şair və publisist).

—  Banka pul qoyan hər kəs bilməlidir ki, o sadəcə bir atlıdır, yüyənlər isə bankın əlindədir. (Vilhelm Şvebel, alman alimi, publisist)

—  Bankrot – çiçəklənən bankların qüsurlu məhsuludur. (Edvard Yokel, polşa publisisti)

—  Ordu, nikah, kilsə və bank – Apokolipsesin dörd çaparı məhz bunlardır. (Karlos Ruis Safon, ispan yazıçı və bəstəkar)

Amerikanlar bank və bankirlər haqqında

— Orta yaş dövrü insanın  -  “hə” cavabını hər hansı bir xanımdan deyil, bankirdən gözlədiyi dövrdür. (Amerika məsəli)

— Bank elə bir yerdir ki, orda pulu sizə ancaq o zaman verirlər ki, onların sizə lazım olmadığını sübut edəsiniz. (Bob Houp, komik)  

—  Bankir – Sizə günəşli havada öz çətirini borc verir ki, yağış yağan kimi isə onu geri alsın. (Mark Tven, yazıçı)

— Əgər bankda kredit almaq, reklamda deyildiyi qədər asan olsaydı, ondan heç kəs bank qarət etməzdi.  (Amerika məsəli)

Ən sərfəli kredit üçün müraciət et

— Əgər sizin banka 100 dollar borcunuz varsa, bu sizin probleminizdir. Əgər sizin banka 100 000 000 dollar borcunuz varsa, onda bu artıq bankın problemidir. (Jan Pol Qetti, iş adamı və ilk dollar milyonçularından biri).

—  Əgər sizin bankdan kredit ala biləcək qədər pulunuz varsa, deməli sizin işiniz yaxşı inkişaf edir. (Amerika məsəli)

— Banklar cəmiyyətə xidmət göstərərək, onları hər küncdə bucaqda “əsas sağlamlıq və xoşbəxtlikdir, pulun isə heç bir əhəmiyyəti yoxdur” deyən uzunqulaqlardan xilas edir. (Neş Oqden, amerikan post-satirik).  

—  Belə çıxır ki, bizim kredit əməliyyatları üçün banka verdiyimiz pulları, banklar heç bir pulu olmayan, lakin onlarda olmayan pulu qaytarmağa söz verən insanlara borc verir. (İrvinq Fişer, amerikalı iqtisadiyyatçı)

Ruslar banklar və bankirlər haqqında

— Naməlum, tanımadığın bir banka pul köçürərkən, həmişə axmaqlar adasındakı buratinonu yadına sal. ( Arkadi, yazıçı)

— Müflis olan banklara pul yatırmaq, alkoqol xəstələrini spirtlə müalicə etməyə bərabərdi. (Konstaantin Kuşner, şair)

— Heç də hər şeyi öz hesabına (ünvanına) qəbul etmək lazım deyil, xüsusən də əgər hesab bank hesabıdırsa. (Yana Canqirova, jurnalist, redaktor).

— Heç nə bankları bir-birini bankrot etmək arzusu qədər birşləşdirə bilməz (Mixalil Mamiç, jurnalist, yazıçı)

—  Bizdə əmanət sirri qorunur – heç kəs bilmir, onları qaytarmaq mümkün olacaqmı. (Mixalil Mamiç, jurnalist, yazıçı)

—  Qeyrətini erkən yaşlardan qorumağa başla, qalan hər şeyi isə bankda saxla...

— Pullara sitayiş, insanları tez-tez məbədlərə gedərək, ən azından öz bankının əmin amanlığından ötrü dua etməyə sövq edir. (Mixalil Mamiç, jurnalist, yazıçı)

— Belə çıxır ki, “Sberbank”ı qarət etmək üçün hələ növbədə dayanmaq lazımdır (KVN-dən lətifə)

Ən sərfəli krediti almaq üçün müraciət et