Bankir xanımların "8 Mart" təbrikləri | Banco.az

Bankir xanımların "8 Mart" təbrikləri

Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bütün xanımları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə təbrik edirik.

Onları təbrik etmək üçün bu dəfə, banklarımızın nümayəndələri də bizə qoşuldu. Bankir xanımların arzularını və təbriklərini sizlərlə bölüşürük: 

 

AccessBank: Səbinə Qurbanova

Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktor

Əziz xanımlar, ilk növbədə hər birinizi bu gözəl bayram münasibəti ilə təbrik edirəm!

Heç şübhəsiz ki, siz hər şeyin ən yaxşısına layiqsiniz.

Uzun illərdir AccessBank-da çalışan biri kimi deyə bilərəm ki, indiki zamanda xanımlar istənilən sahədə uğurla fəaliyyət göstərir. Bu uğurun təməlində bir neçə amil var ki, bunların başında bizim əzmkarlığımız və qətiyyətimiz durur. Bundan başqa, xanımlar istənilən sahəni öz varlığı və gördüyü işlərlə gözəlləşdirir.

Azərbaycan qadını ən xoş sözlərə layiqdir! Çünki biz həm evdə, həm işdə hər bir işimizi mükəmməl görərək öz bacardıqlarımızdan daha da üstün nəticələr əldə etməyə çalışırıq və buna nail oluruq.

Necə deyərlər, qadın gülərsə, bütün dünya gülər. Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın və gülmək üçün hər zaman səbəbiniz olsun, əziz xanımlar! Çünki siz buna layiqsiniz...

 

AtaBank: Emiliyə Mayılova

İnsan Resursları Departamentinin Direktoru

Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin qorunub yaşanmasında bilavasitə rolu olan Azərbaycan qadınlarını təbrik edirəm! Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin ən dəyərli incisidir!

 

 

Azər Türk Bank: Sevinc Xankişiyeva

Maliyyə İnstitutları və Hesablaşmalar Departamentinin Direktoru

İtalyan yazıçısı Alberto Moraviyanın belə bir fikri var: “Ağlın çatmadığı yerə qadın çatar.” Bu fikirlə razıyam. Mən arzu edərdim ki, bütün əqli-mənəvi, estetik-mədəni zirvələri məhz qadınlar fəth etsinlər. Bununla da dünyanın cəng, savaş meydanları boşaldılsın. Qadınların—  anaların, bacıların, qızların “Sülh” pıçıltısı bütün azman silahların səsini batırsın. Güllər açılsın, güllələr açılmasın. Şairlər qara paltarlı qadınlara şeir yazmasınlar. Ana heykəlləri fəryad etməsin. Bütün dünyanın qadınları toplaşıb bu dünyanın üzərinə ağ bayraq çəksinlər. Dünyanı qorusunlar. Hər kəsi ağlın çatmadığı yerə çatdırsınlar.

 

ASB Bank: Aysel Hətəmova

Marketinq Şöbəsinin Mütəxəssisi 

Dünyanın cəmi iki möcüzəsi var: qadın və musiqi. Qadınsa ən möhtəşəm musiqidir. 
Kaş bu musiqi dünya durduqca səslənsin və həyata həzinlik gətirsin! Bayramımız mübarək!!

 

Bank of Baku: Gülşən Cumayeva 

Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru

Azərbaycanımızın hər bir xanımını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onların ətrafındakı bəylərin “xanımlar nə istəyir?” sualına daim istədikləri cavabları tapmalarını arzu edirəm! Xanımlarımız təkcə 8 mart tarixində deyil, hər zaman özlərini özəl hiss etsinlər, qayğı və sevgi ilə əhatələnsinlər. Daxillərində canlandırdıqları xoşbəxt qadın obrazını daim yaşayıb, hədəflədikləri peşəkar karyera pillələrini asanlıqla qalxsınlar, pozitivliklərini həyatlarının ən çətin anlarında belə qoruyub saxlaya bilsinlər. Təki gözləri ilə deyil, qəlbləri ilə də daim gülsünlər!

 

Bank Respublika: Nigar Səmədova

Bank Kartları Departamentinin Rəhbəri

Dəyərli xanımlar! Bank Respublika adından Sizləri ”Beynəlxalq Qadınlar Günü” münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, səadət, qayğı, gözəllik, zəriflik və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram! Həyatınız firavan , üzünüz sevincli, təbəssümünüz bol olsun!

Ən sərfəli kredit üçün müraciət et

 

Azərbaycan Beynəlxalq Bankı: Nigar Tahirova

Marketinq Departamentinin Direktoru

Həyatın ən xoş mənzərələrindən biri qadının gülümsündüyü andır. Qadın çöhrəsindəki təbəssüm dünyanı gözəlləşdirir. Həyatı mənalandırır. Mən də hər bir Azərbaycan qadınına sevinc dolu günlər, təbəssümlə bəzənmiş ömür diləyirəm. Arzu edirəm ki, xanımlarımız xəyallarından heç zaman vaz keçməsinlər. Bu xəyalları reallaşdıracaq gücə, imkanlara, mühitə və hər zaman onların yanında olan doğma insanların dəstəyinə malik olsunlar. Hər qadın Yer üzünə sevgi, şəfqət, sülh və gözəlliklər bəxş edən mənəvi dəyərdir. Bu dəyər həmişə ucalıqlarda olsun.

Bayramınız mübarək, əziz xanımlarımız!

 

Kapital Bank: Günel Fərzəliyeva

Marketinq  Departamentinin Direktoru

Əziz xanımlar,

Biz daim gözəllik axtarışındayıq. Olduğumuz mühiti daha yaxşı, daha faydalı, daha səmimi etmək üçün çalışırıq. Qurucuyuq, yaradıcıyıq, tükənməz enerji mənbəyiyik. Sevdiklərimizi, dostlarlımızı, yaxınlarımızı diqqət və qayğı ilə əhatə edirik. Heç nəyə baxmayaraq gələcəyə ümidlə baxırıq, ruhdan düşmürük, ruhlandırırıq. Bizə qarşıdan gələn bu bayramda və sonrakı hər bir yeni gündə qətiyyət, müvəffəqiyyət, səbr və özümüzə inam arzulayıram. Sevək və sevilək! Bayramımız mübarək!

 

 

NBC Bank: Fidan Abbasova

Marketinq, Reklam və İctimai Əlaqələr Şöbəsinin Mütəxəssisi 

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Müasir dövrdə xanımlarımız  müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanır.

Əziz xanımlar, “NBC Bank” ASC  kollektivi olaraq sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir,  sizə can sağlığı, səadət və işlərnizdə müvəfəqiyyətlər arzu edirik.

 

Rabitəbank: Nigar Kərimova 

Reklam və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Rəhbəri

Əziz xanımlar,
Rabitəbank Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı,  işlərinizdə uğurlar arzulayır. 
Hər zaman günəş kimi parlaq, bahar kimi təravətli və ömür boyu sevincli günlər arzu edir. 
Bayramınız mübarək!

 

Unibank: Sülhiyyə Şirinova

İctimaiyyətlə Əlaqələr və Media Şöbəsinin Müdiri

“Banco.az-ın xanım oxucularının timsalında bütün xanımlarımızı təbrik edirik, hər anı sevinc dolu uzun ömür, hər günü sevgi dolu illər, hər dəqiqəsi xoşbəxtlik dolu həyat arzulayırıq. Əziz xanımlarımız, hər birinizə Unibankın xəzinəsindəki qədər pul arzulayırıq, etdiyiniz hər bir yaxşılıq Albalı Plus kartındakı casback kimi Sizə geri qayıtsın, sizə narahat edən məsələlər Unibank Mobile-da olduğu kimi saniyələr ərzində həllini tapsın! Ətrafınızda gözəlliyin, sevincin, xoşbəxtliyin memarı Sizsiniz! Siz xoşbəxt olun ki, olduğunuz hər yer enerji saçsın!”

 

Bank VTB (Azərbaycan): Nərgizxanım Biləndərli

Risklər İdarəsinin Rəisi

Əziz xanımlar! Bank VTB (Azərbaycan) kollektivi və öz adımdan Sizi 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm! Bu gözəl gündə hər birinizə xoş əhval-ruhiyyə və bütün arzularınızın həyata keçməsini diləyirəm. Sizə yüksək nailiyyətlər, maliyyə sabitliyi, xoşbəxtlik və qadın səadəti arzulayıram. Hər zaman gözəl və təravətli olasınız, üzünüzdən təbəssüm əskik olmasın!