Bankir: "Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək" | Banco.az

Bankir: "Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək"

"Manatın bügünkü məzənnəsi stabildir, milli valyutamız tarazlığını tapıb. Bu vəziyyət iqtisadiyyata da müsbət təsir edir".

Bunu açıqlamasında "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

Onun sözlərinə görə, artıq manatın məzənnəsində volatillik gözləməyə dəyməz: "O dövr arxada qaldı. Manatın məzənnəsi tarazlığını taparaq iqtisadiyyata müsbət təsir edir. İstənilən halda, güclü manat güclü iqtisadiyyatın göstəricisidir".

Bankirin proqnozuna əsasən, manat möhkəmlənməkdə davam edəcək. "Manatın güclənməsi iqtisadiyyat, o cümlədən banklar üçün lazımdır. Sirr deyil ki, bankların aktivlərində və öhdəliklərində dollarlaşma kifayət qədərdir. Manatın güclənməsi öhdəliklərin vaxtında yerinə yetirilməsinə kömək edəcək. Bununla yanaşı, banklar üçün xarici öhdəliklərin yerinə yetirilməsi çox çətindir", - deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Ə. Cəlilov əlavə edib ki, bu gün manatın ucuzlaşması üçün heç bir əsas yoxdur: "Olsa belə, çox cüzi olacaq. Artıq manatın məzənnəsi müəyyən dəhliz daxilində hərəkət edir".

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et