Bankın xidmətindən 13,6 min müştəri yararlanıb | Banco.az

Bankın xidmətindən 13,6 min müştəri yararlanıb

İndiyədək Azərbaycan Beynəlxalq Bankının (ABB) “R@ndevu” xidmətindən 13 600 müştəri yararlanıb.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, “R@ndevu” xidməti müştərilərə vaxtlarına qənaət etmək, bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir. “R@ndevu” vasitəsilə ABB-nin müştəriləri banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə bilirlər. Bu xidmətdən ən çox istifadə edən bankın Yasamal və “Mərkəzi” filiallarının müştəriləridir.

R@ndevu” xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 yaxud *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaq.

ABB  “R@ndevu” xidmətini 2013-ci ildə tətbiq edib.

APA