Azərbaycanın AFB Bank-ının səhmdarları bankın Müşahidə Şurasının tərkibini tamamilə dəyişiblər.
Bankdan verilən məlumata görə, Vüsal Eynullayev Müşahidə Şurasının yeni sədri təyin edilib. Bundan başqa, Şuranın tərkibinə Samir Şirinov daxil olub.
Bundan əvvəl Şuranın tərkibinə sədr Məmməd Cahangirov və üzvlər İntiqam Səfərəliyev və Fərid Əlizadə daxil idi.
Mənbə: Trend.az