Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin üçüncü rübündə “ABB-Gürcüstan” bankının aktivləri 128,15 milyon lari təşkil etmişdir.
Kredit portfelinin həcmi 95,5 milyon lari, kreditlət üzrə ehtiyatların həcmi 10,71 milyon lari olmuşdur.
Hesabat dövrü ərzində bankın öhdəlikləri 100,34 milyon lari səviyyəsinə çatmışdır. Cari hesablardakı vəsaitlər və depozitlərin həcmi il ərzində 3,5 dəfə artaraq, 24,34 milyon lari olmuşdur. Bankın məcmu kapitalı il ərzində 9,5% yüksələrək, 27,81 milyon lari səviyyəsinə çatmışdır.
Üçüncü rübün sonuna faiz gəlirləri 4,81 milyon lari, əldə olunan mənfəət il ərzində 2,9 dəfə artaraq 2,54 milyon lari təşkil etmişdir.
Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Gürcüstan”ın nizamnamə kapitalı 22,69 milyon laridir. Bank 2006-cı ilin noyabr ayında Gürcüstan Respublikasının ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmişdir.