Bankın mənfəəti 3 dəfəyə qədər artıb | Banco.az

Bankın mənfəəti 3 dəfəyə qədər artıb

"Ziraat Bank Azərbaycan" 2016-cı ilin son rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Banco.az bu barədə bankın rəsmi göstəricilərinə istinadən xəbər verir.

Keçən ilin son rübündə bankın cəmi aktivlərinin həcmi 132 mln. 195 min 870 manat olub. Bu isə həmin ilin üçüncü rübü ilə müqayisədə 14 mln. 890 min manat, yəni 12,7% çoxdur.

Bankın aktivləri 2016-cı ilin mart ayına 114 mln. 896 min 360 manat, iyun ayına isə 112 mln. 978 min 100 manat təşkil edirdi.

"Ziraat Bank Azərbaycan"ın 2016-cı ilin  dekabr ayına kredit portfelinin həcmi 54 mln. 666 min mannat təşkil edib. Sentyabr göstəriciləri ilə müqayisədə ciddi artım müşahidə olunub. Nəzərə alsaq ki, 2016-cı ilin sentyabr göstəricilərində kredit portfelinin həcmi 32 mln. 456 min 150 manat olub, müştərilərə verilən kreditlərin həcmi 68,4% artıb.

Bankın kredit portfeli sözügedən ilin 1-ci rübü ilə müqayisədə isə 3 dəfəyə yaxın artıb.

Bankın depozit portfeli də dekabr ayında sentyabr göstəriciləri ilə müqayisədə təqribən 8 mln. manat artaraq 37 mln. 924 min 560 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın cəmi kapitalı artıb!

"Ziraat Bank Azərbaycan"ın cəmi kapitalı 2016-cı ilin mart ayında 56 mln. 97 min 693 manat, iyun ayında 57 mln. 528 min 380 manat, sentyabr ayında isə artaraq 59 mln. 596 min 329 manat olub.

Keçən ilin son rübündə isə bankın cəmi kapitalı 60 mln. 629 min 720 manat olub.

Bank ötən ilin yekununda 5 mln. 956 min 910 manat xalis mənfəət əldə edib. Bu isə sözügedən ilin birinci rübü ilə müqayisədə 3 mln. 961 min 670 manat, təqribən 3 dəfə artım deməkdir.

Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.