Bankın maliyyə vəziyyəti məlum oldu - HESABAT | Banco.az

Bankın maliyyə vəziyyəti məlum oldu - HESABAT

“Bank of Baku” 2017-ci ilin  ilk rübünün maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, 31 mart 2017-ci il tarixinə bankın cəmi aktivləri 493 mln. 701 min 600 manat olub.

Bankın kredit portfeli isə 206 mln. 612 min 730  manat təşkil edib.

2016-cı ilin son rübündə bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 252 mln. 321 min 910 manat idi.

Bu ilin ilk rübündə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 270 mln. 352 min 760 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə bankın cəmi kapitalı 62 mln. 309 min 80 manat təşkil edib. 

Bank ilin ilk rübündə 11 mln. 643 min manat zərərə uğrayıb.

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”-nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.

Ən sərfəli krediti almaq üçün müraciət et