Bankda yeni təyinat olub | Banco.az

Bankda yeni təyinat olub

Vadim Zinovyev bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin edilib.

Bankdan Banco.az-a daxil olan məlumata görə, o, həmçinin risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.

Vadim Zinovyev “Maliyyə və kredit” ixtisası üzrə Sankt-Peterburq Dövlət mühəndis-iqtisad universitetini bitirib, eləcə də idarəetmə kadrların yenidən hazırlanması üzrə prezident proqramının məzundur. Bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.    

Ən sərfəli kredit üçün müraciət et

VTB qrupda 2013-cü ilin yanvar ayından Moskva Bankında kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb. 2015-ci ilin dekabr ayından bank VTB (Azərbaycan)-ın risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır.

Ən sərfəli krediti almaq üçün müraciət et