Bankda necə təcrübə qazanmaq olar? | Banco.az

Bankda necə təcrübə qazanmaq olar?

Hazırda ixtisasından asılı olmayaraq gənclərimizin əksəriyyəti  öz karyerasını bankda qurmağı arzulayır. Bankçılıq həm maddi imkanlar, həm də etibarlılıq baxımından vacib bir sektor halına gəlib. Bu da özlüyündə bu sektora qəbul üçün rəqabətcil mühit formalaşdırıb.

Bəs bankda necə təcrübə qazanmaq olar?

Banklarımızda təcrübə qazanmaq üçün bir neçə mərhələli imtahan və yekun müsahibə etapından keçmək lazımdır. Təbii ki, bu prosedurda yüzlərlə namizəd iştirak edir və onlar arasından az sayda şəxslər bu şansı qazanmağa müvəffəq olurlar.

Banco Academy isə sizə məqsədə çatmaq üçün qısa və əlverişli yol təklif edir!

Banco Academy kursları Banco.az portalı tərəfindən yaradılan Bank işi kurslarıdır. Layihənin baş sponsoru Bank of Baku, tərəfdaşlar isə Expressbank, Yapı Kredi Bank Azərbaycan və Nikoil Bank-dır.

Tərəfdaşlarımızın sırasına tezliklə ölkənin digər aparıcı bankları da qoşulacaq!

Banco Academy sizə nə qazandıracaq?

  • Kursunın sonunda kursları uğurla bitirən 3 nəfər gənc ölkənin aparıcı banklarında təcrübə keçəcək
  • Qısa zamanda Ölkəmizin bank sisteminin bütün sahələri haqqında nəzəri və praktik biliklər əldə edəcəksiniz
  • Kurslarda iştirak edən hər bir şəxs banklar tərəfindən tanınan xüsusi sertifikatla, təlimi uğurla bitirənlər isə müvəffəqiyyət sertifikatı ilə təmin olunacaq
  • Təlimin sonunda yazılı test əsasında ən yüksək nəticə göstərən 10 nəfər Bank of Baku-da bir günlük gəzinti, tanışlıq məqsədilə bankın baş ofisini ziyarət edəcək!

Kursun qiyməti - 129 manatdır. Tələbələr və magistrlar üçün endirimli qiymət  - 109 manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Təlimlərdə ilk qrupun dərsləri 11-15 yanvar 2016-cı il tarixində başlayacaq!

Dərslər axşam saat 19.00-dan 21.00-a qədər Banco Academy-nin bütün lazımi şəraitlə təmin olunmuş xüsusi təlim mərkəzində keçiriləcək.

Qeydiyyatdan keçmək üçün linkə daxil olun.