Bank sahəsi illərdir bizim ölkədə fəaliyyət göstərir. İstər karyera perspektivi baxımından, istərsə də aldığımız əmək haqqına görə ən sərfəli peşə yəqin ki, bankçılıqdır. Ümumiyyətlə bizim ölkədə maliyyə bazarını ən yaxşı təmsil edən qurumlar banklar olduğundan bu bu sahə üzrə öz karyerasına başlayan adamlar həm maliyyə sistemində önəmli pay tuturlar, həm də sanballı təcrübə əldə edirlər. Yəqin bilirsiniz ki, banklar holding şirkətlərini təmsil edir, yəni bank əməkdaşları bank sahəsində uzun müddət işlədikdən sonra holding şirkətlərində işləməyə başlayır.
Ancaq təəssüf ki, universitetlərdə bankçılıq daha çox praktiki yox, nəzəri keçirilir. Yəni ən azı dərs deyən müəllimlərin heç birinin bank təcrübəsi olmur, ya da ki dərd dediyi mövzuda bankda nəsə iş görməyib. Bu səbəbdən də bankda işləmək istəyənlər praktiki biliklərə sahib olmadığından bank vakansiyalarına müraciət edərkən çətinlik çəkirlər. Adicə kredit şöbəsinə müraciət edən bir şəxsin ali təhsilində və ya getdiyi kurslarda bankla bağlı bir şey olmadığından qəbul ala bilmirlər. Ümumiyyətlə ölkəmizdə ən çox iş vakansiyaları da bankçılıq üzrə olur. Adicə vakansiyalar bölməsinə baxsanız bankçılıq üzə hər gün ən azı 10 vakansiyaya rast gələrsiniz.
Hətta son günlərdə insanların bank sahəsinə olan marağını nəzərə alaraq, kurslar axtarmağa başlayıblar. Ölkədə belə xidmət göstərən çox sayılı tədris mərkəzlərinin olmasına baxmayaraq sonda uğurlu nəticələr əldə olunmur. Amma Banco.az-ın sizə təqdim etdiyi Banco Academy öz uğurları ilə daima seçilir. Bunun ilk səbəbi kursun qiymətii həm cibə uyğun həm də ölkə standartlarına uyğun olmasıdır. Təsəvvür edin 149 AZN verməklə bankçılığa dair lazım olan bütün praktiki bilikləri öyrənə bilərsiniz, bu qiymət tələbələr üçün isə 129 AZN-dir. Hansı ki, tələbələrin aldığı təqaüd bu kursa çatacaq qədərdir. Digər kurslardan fərqli olaraq Banco Academy-ə demək olar bankların hamısı dəstəkdir.
Banco Academy-dəki müəllim heyətinin hər biri öz işini uğurla görən və yüksək vəzifələrdə çalışan insanlardır. Onların verdikləri praktiki biliklər sayəsində banka iş üçün müraciət edəndə çətinlik çəkməyəcəksiniz. İki saat ərzində keçirilən dərs vasitəsi ilə həmin şəxslər öz praktiki biliklərini, bankçılıqda istifadə edilən əməliyyatlar barədə sizə ətraflı məlumat verirlər. Dərslərin axşam saat 19:00 da olması isə ayrıca üstünlükdür, çünki siz həm işləyib həm də bankçılığı öyrənəcəksiniz. Eyni zamanda öyrənməklə yanaşı bank sahəsində işləmiş insanlarla əlaqələriniz olacaq, işə qəbul zamanı onları referans verə və ya həmin şəxs sizdən müsahibə götürdüyü zaman əlavə üstünlük qazana bilərsiniz.
Kursda isə tam bir ailə mühiti mövcuddur. Kofe breyk vasitəsi ilə enerjinizi bərpa edə, müəllimlərlə karyeranız üçün əlavə məsləhətlər ala bilərsiniz. Kursda hər bir mövzu üzrə 6 peşəkar müəllim mövcuddur. Siz cəmi 1 ay ərzində xəzinə əməliyyatları, maliyyə və kredit təhlili, bank qanunvericiliyi, plastik kartlar, marketinq və müştəri xidmətləri ilə bağlı əsas məqamları öyrənəcəksiniz. Kursu bitirdikdən sonra isə, öyrəndikləriniz barədə imtahan olunub sertifikat əldə edəcəksiniz. Bu sertifikat adi təlimlərdə verilən sertifikat kimi yox, karyeranıza müsbət təsir edəcək, sizi bankda tanıdacaq diplom əvəzi olacaq. Bundan əlavə Banco.az-ın banklarla olan əlaqəsi sayəsində sizin CV-lər bankların insan resursları şöbələrinə təqdim edilərək dəyərləndiriləcək.
Əgər öz bacarıqlarınızı, bankda işləmək barədə olan həvəsinizi bank əməkdaşlarınıza göstərmək istəyirsinizsə, ölkənin ən ali bankları tərəfindən kəşf edilmək və iş vakansiyası üçün çağrılmağı qarşınıza qoymusunuzsa qeydiyyatdan keçməyinizi mütləq məsləhət görərdim. Əminliklə deyə bilərik ki, kursa müraciət etmiş hər bir insan kursdan və müəllimlərdən yetərincə razıdır, kursun mövcud olduğu 3 il ərzində əldə etdiyi nailiyyətlər ilə bir çox bankçılıq üzrə xidmət göstərən kursları geridə qoyub.
Kursa qeydiyyatdan keçmək çox asandır. Formu doldurduqdan sonra kursun əməkdaşları sizlə əlaqə saxlayır və bütün suallarınıza səbirlə cavab verərək ödəniş və əsas forumu doldurmaq üçün ofisə dəvət edirlər. Əsas forumu doldurduqdan sonra isə əməkdaşlarımız tərəfindən gülərüzlə qeydiyyata alınaraq iştirakınız təsdiqlənir. Yeni kursa qeydiyyat mütəmadi olaraq hər ayın əvvəlindən başlayır və maksimum 15 nəfərdən ibarət qrup yığılır. Odur ki, hələ də bank sahəsi üzrə karyeranıza başlamaq istəyir amma kurs seçməkdə tərəddüd edirsinizsə elə indi qeydiyyatdan keçib, yeni qruplarımıza qoşulun. Bu qiymətə belə xidmət demək olar ki, heç bir yerdə yoxdur, özünüz də araşdıra bilərsiniz :)
Qeydiyyat üçün: https://bit.ly/2Q2NMW2