Bankda işləmək asan deyil | Banco.az

Bankda işləmək asan deyil

Bankda çalışmaq bir çox çoxlarının əlçatmaz xəyalına çevrilsə də, bir qrup insanlar bank əməkdaşı olaraq həyatını davam etdirir. Bank əməkdaşlarının iş həyatı kənardan baxıldıqda çox gözəl və asan görünsə də, əslində bu belə deyil.

Əgər sən, A Bankının nümayəndəsisənsə, ətrafındakılar səni A Bankının yeriyən və canlı filialı hesab edir. Fərqi yoxdur sənin vəzifən nədir, səndən banka aid hər sual soruşula bilər.

Deyərdim ki, bu yerdə bank işçisinin həkimdən fərqi yoxdur. Necə ki, bəzən diş həkimindən də başqa orqandakı problem barədə suallar soruşulur. :)

Əslində bank əməkdaşı olmaq çətin bir işdir. İş saatları standart kimi görünə bilər. Amma elə vaxt ola bilər ki, gecə yarılarına kimi işləməli olarsınız. 

Səliqə bank sektorunun əsas qaydalarındandır. Səliqəsiz bank işçisi bankın imicinə zərər verə bilər. İstər xanımlar, istər bəylər geyimlərindən tutmuş, rəftarlarına kimi diqqətli olmalıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Xanımların saçları həmişə səliqəli olmalı, geyimləri sadə olmalıdır. Rəngarənglik və həddindən artıq makyaj yolverilməzdir. 

Bəylər isə təmiz təraşla, yaxşı daranmış saçlarla və kostyumla olduqca səliqəli olmağa çalışmalıdırlar. Beləcə bankın əməkdaşları öz səliqələri ilə bir-birilərini tamamlamalıdırlar. 

Nə olur olsun, bank işçisi gülümsəməyi və nəzakətli olmağı unutmamalıdır.

Bankda çalışanlar iş başlamamışdan işdə olmalıdırlar. Çünki, gərgin günə başlamaq üçün bütün hazırlıqlar tamamlanmalıdır. Yeni hədəflər, yeni qərarlar və yeni tapşırıqlar onları gözləyə bilər. Nahar fasiləsində də çalışan bank işçilərinin nahar zamanı olduqları vəziyyət də təqdirə layiqdir. Kim birinci nahar fasiləsinə çıxacaq, kim növbədə duracaq, bütün bunlar planlanmış formada həyata keçirilir.

Bank işçisi olmaq asan bir iş deyil, ona görə də bu işi gərək işini sevənlər görsün ki, düzgün xidmət anlayışı formalaşsın.

 

Ən sərfəli krediti almaq üçün müraciət et