Bəlkə də bir çoxunuz bankda hesab açmaq barədə eşitmisiniz. Əgər sizi də bunun əslində nə olması maraqlandırırsa, məqaləni oxumağa davam etməyinizi məsləhət görərdik.
İlk öncə aydınlıq gətirək ki, Bank hesabı nədir və nəyə xidmət edir.
Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir.
Bank hesabları aşağıdakı növlərə bölünür:
- cari hesablar;
- cari subhesablar;
- ssuda hesabları;
- əmanət (depozit) hesabları;
- müxbir hesablar.
Cari hesablar aşağıdakı məqsədlər üçün açılır:
- dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, ailə kəndli təsərrüfatı, fərdi sahibkarlar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması;
- fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;
- həmkarlar ittifaqının ilk təşkilatı üçün onların qanun və nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrin icrası;
- büdcə təşkilatları üçün xarici dövlət və hüquqi şəxslər, beynəlxalq təşkilatlar tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması.
Cari subhesablar hüquqi şəxslərə onların filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrinin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər məcburi köçürmələrin, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, hüquqi şəxslə bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə onun cari hesabına köçürülür.
Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.
Əmanət hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılır.
Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır.
Bankda cari hesabınızın olması sizə maliyyə xidmətlərini daha rahat şəkildə həyata keçirmə imkanı qazandıracaqdır. Cari hesabları depozit hesablarından fərqləndirən cəhət ondadır ki, bu hesablar müddətsiz olur və məbləğin üzərinə faiz hesablanmır.
Bank hesabınızı istənilən bankda aça bilərsiniz. Hətta bunu bir neçə bankda da açma imkanınız vardır. Siz hesabınızı seçdiyiniz bankdan asılı olaraq istənilən valyutada aça bilərsiniz.
Cari hesabların açılması üçün şəxsiyyət vəsiqəsi kifayət edir.
Şəxsiyyət vəsiqəsi ilə banka müraciət edən şəxs ərizə yazır və mütəxəssisin köməyliyi ilə imza nümunəsini doldurur. Azərbaycanda hesabların açılması üzrə komissyonlar bankdan banka fərqlənir, belə ki, bəzi banklar bu xidməti pulsuz göstərdikləri halda digərlərində pullu xidmət növü hesab edilir.
Əksər hallarda səfirlik və miqrasiya qurumları tərəfindən müştərilərdən hesablarında nə qədər pulun olmasına dair sənəd gətirmələri tələb olunur. Bu zaman onlar banklara müraciət edərək arayış tələb edə bilərlər. Arayışlar, Azərbaycan dili ilə yanaşı, bir sıra xarici dillərdə - rus, türk, ingilis dillərində verilə bilər.
Bu zaman da bank tərəfindən arayışın təqdim edilməsi üçün müəyyən komissyon tələb oluna bilər.
Banco.az saytı olaraq, bankların hesab açma əməliyyatları üçün təqdim etdikləri şərtləri sizlər üçün bir yerə topladıq.
Bank |
Hesab açma haqqı |
Arayış üçün komissyon |
AccessBank |
Pulsuz |
15 AZN |
AGBank |
Pulsuz |
10 AZN |
Amrahbank |
Pulsuz |
2 AZN |
ASB Bank |
Pulsuz |
10 AZN |
Atabank |
Pulsuz |
10 AZN |
Bank Avrasiya |
Pulsuz |
5 AZN |
Bank BTB |
Pulsuz |
3 AZN |
Bank of Baku |
Pulsuz |
Pulsuz |
Bank Respublika |
Pulsuz |
10 AZN |
Bank Silk Way |
Pulsuz |
10 AZN |
Caspian Development Bank |
Pulsuz |
10 AZN |
Deka Bank |
Pulsuz |
2 AZN / 10 AZN |
Dəmirbank |
Pulsuz |
5 AZN |
***Expressbank |
Pulsuz |
2 AZN / 10 AZN |
Gunay Bank |
Pulsuz |
10-15 AZN |
Kapital Bank |
Pulsuz |
10 AZN |
Kredo Bank |
Pulsuz |
10 AZN |
Muğanbank |
Pulsuz |
Pulsuz |
NBC Bank |
Pulsuz |
10 AZN |
Nikoil Bank |
Pulsuz |
5 AZN |
Parabank |
Pulsuz |
2 AZN |
Rabitəbank |
Pulsuz |
2 AZN |
Turanbank |
Pulsuz |
2 AZN |
Unibank |
Pulsuz |
10 AZN |
*VTB Bank Azərbaycan |
Pulsuz |
11.80 - 17.70 AZN |
**Xalq Bank |
Pulsuz |
3 AZN |
Yapı Kredi Bank Azərbaycan |
5 AZN |
5 AZN |
Zaminbank |
20 AZN |
Pulsuz |
AFB Bank |
10 AZN |
10 AZN |
Azər Türk Bank |
10 AZN |
10 AZN |
Beynəlxalq Bank |
10 AZN |
10 AZN |
Ziraat Bankı |
10 AZN |
10 AZN |
* - "VTB Bank Azərbaycan"da hesabdan çıxarış azərbaycan və rus dilində 11.80 AZN, digər dillərdə isə 17.70 AZN təşkil edir.
** - "Xalq Bank"da Səfirliklərə və Dövlət Miqrasiya Xidmətinə təqdim edilən arayışlar - 8 AZN, digər arayışlar isə 3 AZN təşkil edir.
*** - "Expressbank"da Azərbaycan dilində 2 AZN, rus və ya ingilis dilində arayış verilməsi 10 AZN təşkil edir.
Qeyd edək ki, məlumatlar bankların rəsmi veb-səhifələrindən və çağrı mərkəzlərindən toplanmışdır.