Bankda filial müdiri olmaq üçün nə lazımdır? | Banco.az

Bankda filial müdiri olmaq üçün nə lazımdır?

Banka işə düzələn hər kəs yəqin ki, öz karyera pilləkənində nə vaxtsa filial müdiri olmağı da nəzərdən keçirir.

Bu zaman ortaya bir neçə sual çıxır

Filial müdiri vəzifəsinə pillə-pillə irəliləyərək gəlmək mümkündür. Bu vəziyə adətən kredit mütəxəssisi kimi başlamış, sonradan satış, bir-başa satış, biznesin inkişafı departamentində, korporativ və biznes kreditləri departamentlərində çalışmış mütəxəssislər gəlir. Bir qayda kimi onlardan kredit işini yaxşı bilmələri tələb olunur.

Yeni açılan filiallara elə müdirlər təyin edirlər ki, onların müəyyən həcmdə kredit portfelləri olsun və ya krediti sata biləcək əhatəsi olsun. Söhbət artıq tanışlıq əlaqələri mövcud olan müştərilərdən gedir.

Bir bank başqa bir bankda çalışan, hər hansı bir departamentdə şöbə müdiri və s vəzifəsi olan mütəxəssisi öz sıralarına cəlb edərkən, həm də həmin mütəxəssislə indiyə qədər çalışan müştəriləri də özünə cəlb edir və bu da bir bankdakı kredit portfelinin gələcəkdə digər banka keçməsinə səbəb olur.

Elə banklar var ki, onlar kənardan işçi cəlb etmir, özləri öz prinsiplərinə uyğun, bankın strategiyası əsasında öz işçilərini yetişdirirlər. Belə banklardan biri AccessBank-dır. AccessBankda filial müdiri olmaq üçün, ilk növbədə orda adı kredit işçisi kimi (və ya digər vəzifədə) fəaliyyətə başlamaq lazımdır.  Bank işə cəlb etməkdə maraqlı olduğu namizədlərə təlim və treninqlər keçir, onları əməkdaş kimi hazırlayır.

Bu həm də motivasiya baxımından əhəmiyyətli rol oynayır. Əməkdaş bilir ki, bankdakı digər yüksək vəzifələrə kənardan işçi cəlb olunmayacaq və o indiki çətinliyə dözsə, tələblərə cavab verib, hədəflərə nail olsa, onun irəliləmək şansları mütləq olacaq. Onun vəzifələri və müvafiq olaraq əməkhaqqısı da yüksələcək. Bir gün o, arzuladığı pilləyə sahib olacaq.

Vakansiya ilə bağlı əsas tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir,
  • rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Liderlik qabiliyyətinin olması;
  • İdarəetmə bacarığı;
  • Qüvvədə olan bank qanunvericiliyini və MB-in təlimatlarını bilməli;
  • Qüsursuz vətəndaş olmalı (şəxsi, mənəvi keyfiyyətlər)
  • Mərkəzi Bankdan attestasiyaya dair müsbət cavab

Attestasiya nədir?

Ən sərfəli kredit üçün müraciət et

Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi ilə bağlı xüsusi qaydalar mövcuddur.

Qaydalara əsasən attestasiyadan keçməli olan bank inzibatçıları  dedikdə, bankın idarə heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri vəzifələrinə namizəd kimi təqdim olunan şəxslər başa düşülür.  

Attestasiya sual-cavab üsulu ilə keçirilir.

 Sual-cavabın məqsədi namizədin peşəkarlıq səviyyəsini və onun bilik, savad və məntiqinin iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.  Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən aşağıdakı sahələr üzrə verilir:

  • - Azərbaycan Respublikasının bank qanunvericiliyi;
  • - Bankların fəaliyyətinə aid mülki və vergi qanunvericiliyi;
  • - Korporativ idarəetmə standartları;
  • - Bank hesabatlılığı və mühasibat uçotu;
  • - Bankdaxili nəzarət və audit;
  • - Ödəniş sistemləri və informasiya texnologiyaları;
  • - Azərbaycan Respublikasında valyuta tənzimi və s.
  •  Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu
  • Attestasiya vərəqəsində qeyd olunur

Filial müdirlərinin işi nədən ibarət olur?

Onlar əsasən aşağıda sadalanan işləri həyata keçirirlər.

Onların aldıqları əməkhaqqı isə çalışdıqları təşkilatdan asılı olaraq 1500-1700 AZN-dən başlayır, 2500 AZN və daha yüksək də ola bilər.

Sonda hər kəsə arzuladığı bankda çalışmağı diləyir və bu yolda qarşıya çıxan bütün maneələri bir fürsət kimi dəyərləndirməyi tövsiyə edirik.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et