Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” dollarla bağlı növbəti proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın investisiya bankçılıq nəhəngi “Morgan Stanley”in analitikləri inflyasiyanın zəifləməsinə dair proqnozlar fonunda 2023-cü ildə dolların ucuzlaşacağını gözləyirlər.
Endryu Şitsin rəhbərlik etdiyi analitiklərin fikrincə, dollar indeksi gələn ilin sonuna kimi 104 səviyyəsinə düşəcək ki, indeks hazırda 107 səviyyələrindədir.
Analitiklər həmçinin FED-in son faiz artımını 2023-cü ilin yanvarında edəcəyini və artıq 2023-cü ilin son rübündə faiz endiriminə başlayacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!