Banka yeni sədr təyin olunub | Banco.az

Banka yeni sədr təyin olunub

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə sədr təyin edilib. 

Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Doğan Tandoğana həvalə edilib. 

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bankın səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az