Bank yeni filial müdirləri axtarir | Banco.az

Bank yeni filial müdirləri axtarir

Kapital Bank Azərbaycanın aparıcı banklarında rəhbər vəzifələrdə çalışmış, Mərkəzi Bankda müdir və ya müdir müavini kimi attestasiyadan keçmiş təcrübəli şəxsləri Bankın Bakı və region filialları üçün filial müdiri vakansiyasına müraciət etməyə dəvət edir:

"Gənclər, Sizə işimiz düşüb! Əgər Siz Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!"

Good to know

  • Peşəkar inkişaf və dinamik komandada maraqlı iş
  • Əmək haqqının ləyaqətli səviyyəsi
  • Peşəkar və mehriban kollektiv

Öhdəliklər

  • Filialın fəaliyyətinə rəhbərlik etmək, tabeçiliyində olan şöbələrin qarşılıqlı münasibətini əlaqələndirmək;
  • Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarını icra etmək;
  • Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirilməsi;
  • Filialın  müştəri bazasının yeniləşdirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
  • Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
  • Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
  • Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;  və s.

Tələblər

  • Ali İqtisadi və ya hüquqi təhsil;
  • Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
  • Mərkəzi Bankın  attestasiyasından keçməli;
  • Qüvvədə olan bank qanunvericiliyini və MB-in təlimatlarını bilməli;
  • Qüsursuz vətəndaş olmalı (şəxsi, mənəvi keyfiyyətlər);
  • Biznesin inkişafı bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
  • MS Office-dən istifadə bacarığı;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Liderlik qabiliyyətinin olması;

  • Müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

    Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et