Fevralın 7-də “Bank VTB (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə Banka istinadən xəbər verilir.
Məlumata görə, yığıncaq “Bank VTB (Azerbaijan)”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəraimanov rayonu, Xətai prospekti, 38 ünvanında olacaq.
Yığıncağln gündəliyinə onun katibinin keçilməsi, eləcə də Bankın Müşahidə Şurasının tərkibinə baxılması məsələləri daxildir.
Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "Bank VTB24"ə (Rusiya), 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.
Mənbə: Report.az