VTB Bank 2015-ci ilin 1-ci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu haqda, Bankın maliyyə göstəricilərinə istinad edən Banco.az portalı məlumat verir.
Ötən ilin son rübü ilə müqayisədə Bankın cəmi aktivlərində 27%, xalis kredit portfelində isə 22% artım qeydə alınmışdır. Lakin Bankın məcmu kapitalı 2014-cü ilin sonuncu rübü ilə müqayisədə 12% azalmışdır. Bankın depozit portfeli isə 1 rüb ərzində 39% yüksəlib.
Diaqramda göstərilən kredit portfeli isə məqsədi ehtiyatlar çıxılmaqla müştərilərə verilən kreditləri nəzərdə tutur.
Balans Hesabatı | Create infographics
Cari ilin birinci rübü ərzində bankın faiz gəlirlərinin cəmi 12 738,70 mln, faiz xərclərinin cəmi isə 4 210,10 mln manat təşkil edib. Bankın qeyri faiz gəlirləri birinci rüb üçün 302,47 mln manat, qeyri faiz xərcləri isə 4150,75 min manat olub.