Bank VTB ipoteka kreditləri verəcək | Banco.az

Bank VTB ipoteka kreditləri verəcək

Bank VTB-nin idarə heyətinin sədri Aleksandr Yeryomin jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib ki, Bank ipoteka kreditləri verməyi planlaşdırır.

O bildirib ki, “Biz hazırda ipoteka kreditləri haqqında düşünürük. Təbii ki, söhbət özəl və kommersiya ipotekasından gedir. Əlbəttə, Dövlət İpoteka Fondunun kreditləri haqqında da düşünmək olardı. Ola bilsin ki, biz bu sahədə maraqlı olduq və bununla məşğul olduq. İndiki zaman üçün isə yalnız kommersiya ipotekası haqqında düşünürük”

Həmçinin Aleksandr Yeryomin qeyd edib ki, bu gün dövlət proqramında nəzərdə tutulduğundan daha aşağı faizlərlə ipoteka krediti vermək kommersiya bankları üçün sərfəli deyil: “Kommersiya bankı üçün 7%-dən aşağı faizlə kredit vermək heç sərfəli deyil. Bunun üçün 3%-lə resurs cəlb etmək lazımdır. Belə bir resurs hələ ki yoxdur. Biz təxmini belə hesablamışıq ki, bu illik 12%-lə verilən kreditlər olacaq. Müddəti də elə uzunmüddətli etməyəcəyik, maksimum 10 il. Çox güman ki, ilkin mərhələdə kreditlər 5-7 illik veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Verilən kreditlərin həcmi ilə bağlı suala gəldikdə isə cənab Yeryomin qeyd edib ki, bu müştərilərin gəlir səviyyəsindən asılı olaraq, müəyyən edilicək: “Elə müştərilər var ki,  daha böyük məbləğlərdə ipoteka almaq iqtidarındadır. Onlar üçün bu məbləğ 300 000 manat da ola bilər.  Belə seqment olacaq, amma çox güman ki, onların sayı çox olmayacaq. Həmçinin  bu zaman gəlirlərin ciddi şəkildə təsdiqi tələb olunacaq. Bu, müxtəlif kompaniyaların direktorları, idarəediciləri, rəhbərləri və ya sahibkarları, yəni, belə bir kateqoriya insanlar ola bilər. Kütləvi ipotekanın məbləği isə çox güman ki, 100-150 min AZN-ə qədər olacaq, çox deyil.

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et