"Bank VTB Azərbaycan"ın aktivləri 5% artıb | Banco.az

"Bank VTB Azərbaycan"ın aktivləri 5% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank VTB Azərbaycan" 2023-cü ildə 10 milyon 608 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, ötən ilin 31 dekabr tarixinə bankın aktivlərinin həcmi 249 milyon 900 min manat olub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 milyon 407 min manat və ya 4,8% artım deməkdir. 

Ötən il bankın kredit portfelinin həcmi 27 milyon 345 min manat və ya 17,1% artaraq 187 milyon 120 min manata yüksəlib. Bunun da 74 milyon 800 min manatını istehlak kreditləri, 64 milyon 551 min manatını biznes kreditləri, 47 milyon 769 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram